MTK

Bu il Mingəçevir Turizm Kollecini 500-ə yaxın gənc bitirib

Əyyub Əyyubov deyib ki, ötən illər ərzində Böyük Britaniya, Rusiya, Rumıniya, Almaniya, Belarus, Fransa, Türkiyə və Qazaxıstanın təhsil müəsissələri ilə əlaqələr qurulub

Kollecin əsas meydanına toplaşan  Mingəçevir Turizm Kollecinin yüzlərlə tələbəsi pedaqoq, valideyn və digər dəvətli qonaqların iştirakı ilə 500-ə yaxın məzunla vida  mərasimi keçirib.  Karyera həyatına qədəm qoyan  növbəti  məzunlar saatlar ərzində arzu və istəklərini paylaşmaq,  doğma təhsil müəssisəsinə və onun pedaqoji kollektivinə sevinc və üzüntü dolu duyğularını çatdırmaq üçün bir araya gəlib.  Rəsmi, bədii və əyləncəli xarakter daşıyan məzun gecəsi unudulmaz anlarla yadda qalıb.

Məzunlara və onların valideyinlərinə təbrik nitqi ilə üz tutan Mingəçevir Turizm Kollecinin  direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov deyib ki, ötən illər ərzində kolleci 6 mindən çox gənc bitirib, Böyük Britaniya, Rusiya, Rumıniya, Almaniya, Belarus, Fransa, Türkiyə və Qazaxıstanın  təhsil müəsissələri ilə əlaqələr qurulub: “Turizm sahəsinə, üstəlik Azərbaycan turizminə beynəlxalq maraq o qədər yüksək və dinamikdir ki, hələ uzun illər sizin kimi yüzlərlə, minlərlə mütəxəssisə ehtiyac duyulacaq. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri cənab Fuad Nağıyev kollecimizi ziyarət edərkən daha çox çalışmalı olduğunuzu, xarici dil vərişlərinizi inkişaf etdirməyinizi diqqətinizə çatdırdı. Bu vacib məqamlar karyera yolunuzda hər zaman yaşıl işıq yandıracaq. Təhsillə yanaşı yetirmələrimiz həm də fəal vətəndaşlıq məktəbi keçiblər. Dəfələrlə fəallığınızla iştiirakçısına çevrildiyiniz konfranslar, festivallar, mədəni-kütləvi tədbirlər və idman yarışları daxili potensialınızın üzə çıxarılaraq möhkəmlənməsinə həlledici təsir göstərib. Ən əsası  isə hər biriniz  ümummilli lider Heydər Əliyevin siyasi irsinə sədaqət ruhunda yetişdirilmisiniz, bu isə  vətəndaşlıq mövqeyinizin gələcək  perspektivlərindən xəbər verir”.

Daha sonra təhsil dönəmində xüsusi xidmətləri ilə seçilən  pedaqoq və tələbələr mükafatlandırılıb. Ardınca digər təbriklər dinlənilib və maraqlı çıxışlar səslənib. Kollecin  qabaqcıl mütəxəssisləri, valideyinlər və məzun tələbələr ən xoş arzularını paylaşıb.

Məzun gecəsi  xarakterinə uyğun olaraq  həm də  bədii proqramla əlamətdar olub.

Tag
Daha çox

Oxşar yazılar

Close