Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2018-Cİ İLDƏ MİNGƏÇEVİR ŞƏHƏRİNDƏ ƏTRAF MÜHİTİN VƏZİYYƏTİ

ATMOSFER HAVASININ MÜHAFİZƏSİ

2018-ci ildə şəhər üzrə atmosferə atılan çirkləndirici maddələrin miqdarı 2017-ci il ilə müqayisədə 4369,9 ton və ya 14,4 faiz azalaraq 26060,0 ton olmuşdur. Atmosferə atılan çirkləndirici maddələrin 1880,0 tonu və ya 7,2 faizi stasionar mənbələrdən, 24180,0 tonu və ya 92,8 faizi isə avtomobil nəqliyyatından olmuşdur.

2018-ci ildə şəhərdə atmosferə atılan cəmi zərərli maddələrin 1,7 faizi və ya 433,5 tonu bərk maddələr, 98,3 faizi və ya 25626,5 tonu isə qazaoxşar və maye halında olan maddələr olmuşdur. Qazaoxşar və maye halında olan maddələrin 0,03 faizini və ya 7,2 tonunu kükürd anhidridi, 79,96 faizini və ya 20490,5 tonunu karbon-oksidləri, 9,35 faizini və ya 2396,0 tonunu azot-oksidləri, 10,66 faizini və ya 2732,8 tonunu karbohidrogenlər təşkil etmişdir.

2018-ci ildə Mingəçevirdə atmosferə çirkləndirici maddələr tullayan stasionar mənbələrin sayı 7 olmuşdur. Hesabat ili ərzində 56 çirkləndirici tullantı mənbəyi mövcud olmuşdur ki, onlardan da 89,3 faizi və ya 50-si mütəşəkkil mənbələrdir.

Şəhərin müəssisə və təşkilatları tərəfindən hesabat ilində atmosferə atılan çirkləndirici maddələrin miqdarı 2017-ci ilin yekunları ilə müqayisədə 4679,9 ton və ya 71,3 faiz azalaraq 1880,0 ton olmuşdur.

Atmosferin çirklənməsi onun tərkibində olan tozun, kükürd anhidridinin, karbon və azot oksidlərinin və spesifik qarışıqların miqdarı ilə müəyyən edilir. 2018-ci ildə şəhərdə fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən atmosferə atılan zərərli maddələrin 0,2 faizi və ya 3,5 tonu bərk maddələr, 99,8 faizi və ya 1876,5 tonu isə qazaoxşar və maye halında olan maddələr olmuşdur. Qazaoxşar və maye halında olan maddələrin 0,4 faizi və ya 7,2 tonu kükürd anhidridi, 2,1 faizi və ya 40,5 tonu karbon 2-oksidi, 96,8 faizi və ya 1816,0 tonu azot 4-oksidi, 0,7 faizi və ya 12,8 tonu karbohidrogenlər təşkil etmişdir.

Bütün stasionar mənbələrdən 2018-ci il ərzində ayrılan çirkləndirici maddələrin hamısı təmizlənmədən atmosferə atılmışdır. Təmizlənmədən atılmış çirkləndirici maddələrin tam əksəriyyəti mütəşəkkil mənbələrdən atılmışdır. Stasionar mənbələrdən tutulan və zərərsizləşdirilən maddələr olmamışdır.

Şəhərin təbiəti mühafizə orqanları tərəfindən hər bir sənaye müəssisəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə işlər aparılır.

2018-ci ildə şəhər üzrə atmosfer havasına avtomobil nəqliyyatından atılmış çirkləndirici maddələrin miqdarı 24180,0 ton olmuşdur ki, bu da 2017-ci il ilə müqayisədə 310,0 ton və ya 1,3 faiz çoxdur.

Hesabat ilində şəhər üzrə atmosfer havasına avtomobil nəqliyyatından atılmış çirkləndirici maddələrin 84,6 faizini və ya 20450,0 tonunu karbon oksidləri, 2,4 faizini və ya 580,0 tonunu azot-oksidləri, 11,2 faizini və ya 2720,0 tonunu karbohidrogenlər, 1,8 faizini və ya 430,0 tonunu his və qurum təşkil etmişdir.

SUDAN İSTİFADƏ

2018-ci ildə şəhərdə təbii su mənbələrindən 2335,1 milyon kub metr su götürülmüşdür ki, bu da əvvəlki illə müqayisədə 9,2 milyon kub metr və ya 0,4 faiz çoxdur. Həmin suyun hamısı yerüstü mənbələrdən götürülmüşdür.

Hesabat ilində şəhərdə su sərfi 920,1 milyon kub metr olmuşdur ki, bu da təbii mənbələrdən götürülən suyun 39,4 faizini təşkil edir. 2017-ci illə müqayisədə su sərfi 81,7 milyon kub metr və ya 8,2 faiz azdır. Məişət-içməli məqsədlərə 5,9 milyon kub metr, istehsalata isə 913,9 milyon kub metr su ötürülmüşdür ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq məişət-içməli məqsədlərə 0,5 milyon kub metr və ya 9,3 faiz çox, istehsalata isə 81,9 milyon kub metr və ya 8,2 faiz az sudan istifadə edilmişdir.

İl ərzində suvarmaya 0,01 milyon kub metr su sərf olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 0,59 milyon kub metr və ya 98,3 faiz az olmuşdur.

Hesabat ilində şəhərdə suyun nəqli zamanı 517,3 milyon kub metr itkiyə yol verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 39,7 milyon kub metr və ya 7,1 faiz azdır.

Təbiətdən istifadənin iqtisadi tənzimlənməsi sisteminin əsas elementi ətraf mühitin çirklənməsinə görə müəssisə və təşkilatlar tərəfindən ödənilən vəsaitin əsasında ekoloji fondun yaradılmasıdır.

Statistika idarəsi hesab edir ki, şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müəssisə və təşkilatların balansında olan təmizləyici qurğulardan maksimum istifadəyə və ekoloji fonda vəsaitlərin vaxtında ödənilməsinə nail olmaq günün vacib məsələlərindən biridir.

Şərhlər bağlıdır.