Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məhəllələrin işıqlandırılmasına, ağacların suvarılmasına başçı necə kömək edə bilər?

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  iyunun 19-da 3 saylı orta məktəbin iclas zalında D.Əliyeva, M.Vəli.Vidadi, S.Vurğun küçələrinin sakinləri, şəhər ictimaiyyəti nümayəndələri, idarə, müəssisə rəhbərləri və KİV təmsilçiləri ilə görüşüb. Başçı davamlı səyyar görüşlərin ölkə prezidentinin tapşırığı ilə keçirildiyini, əhalini narahat edən problemlərin öyrənilib həll edilməsi və şəhər sakinlərinin təkliflərinin nəzərdən keçirilməsi baxımından bu cür tədbirlərin həm şəhər rəhbərliyi, həm də sakinlər üçün önəmli olduğunu bildirib.

Görüşdə sakinlər məhəllələrin işıqlandırılması, mənzillərin mərkəzləşdirilmiş qaydada isidilməsi, ağacların suvarılması, uşaqların əylənməsi üçün qurğuların quraşdırılması, su hövzəsinə gedən yolda kanalizasiya xəttininin bərpası, xeyir-şər evinin təmir olunması, şəhid bulağının tikilməsi və içməli su ilə təmin edilməsi ilə bağlı məsələlərdən söz açıblar.

İlham İsmayılov hər bir səmərəli təklifin nəzərə alınacağını,  problemlərin mərhələ-mərhələ həll ediləcəyini əminlik hissiylə söyləyib, qaldırılan məsələlərin həll edilməsi üçün aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərlərinə tapşırıqlarını verib.

Şərhlər bağlıdır.