Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Energetiklər qəsəbəsinin abadlaşdırılmasına Naxçıvan küçəsindən başlandı

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və idarə, müəssisə rəhbərləri Energetiklər qəsəbəsində Naxçıvan küçəsinin asfaltlanma işlərinə baxış keçiriblər. Hələ ki,  asfaltlanma Naxçıvan küçəsindən  C.Əliyev küçəsinə qədər olan hissədə aparılacaq və gələn həftənin sonuna qədər tamamlanacaq. Daha sonra Natəvan küçəsinə qədər davam etdiriləcək.

İlham İsmayılov baxış zamanı ictimaiyyət nümayəndələrinə bildirib ki, Prezident onu  başçı təyin edəndə tapşırıq verib ki, Mingəçevirin əvvəlki gözəlliyi, səliqə-səhmanı bərpa olunmalıdır: “İnsanların rahat yaşaması üçün şəhərin hər bir küçə və məhəlləsi abadlaşdırılmalıdır. Biz bu işlərə başlamışıq. Naxçıvan küçəsində də işlər ləngiməli deyildi. Bu işlər planlaşdırılanda bizə deyildi ki, yeni  kanalizasiya xəttini Azərsu hələ çəkməyib. Biz onların qarşısına tələb qoyduq ki, xəttinizi çəkib qurtarın, biz asfaltlanmaya başlamalıyıq. O cümlədən digər kommunikasiya işlərini görənlərə də tapşırığımızı verdik ki, işlərini yekunlaşdırsınlar. Qəti şəkildə bildirirəm: bura asfaltı çəkəndən sonra icazə verməyəcəyik ki, hansısa müəssisə gəlib onu dağıtsın. İndi burada bütün kommunikasiya işləri başa çatıb. Yola yüksək keyifiyyətldə asfalt vurulur. Sağ və sol səki  hissələri yaşıllaşdırılacaq, digər ərazidə olan Tibb Məktəbi və yataqxana istiqamətində istirahət güşəsi yaradılacaq”.

Daha sonra icra başçısı üzünü müəssisə rəhbərlərinə tutub: “Hamımız bir nəfər kimi səfərbər olmalıyıq ki, Mingəçeviri abad, yaşıl və təmiz şəhərə çevirək”.

Başçı asfalt çəkənlərə öz xeyir-duasını verdikdən sonra qəsəbənin digər ərazilərinə də baxış keçirib. İ.İsmayılov dərdlərini çatdırmaq istəyən insanlarla da görüşüb və onların problemlərini  nəzarətə götürüb.

Şərhlər bağlıdır.