Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bu dəfə əlillər yarışıb

Oktyabrın 23-də Mingəçevir Gənclər Evində Əhalinin Sosial Müdafiə Nazirliyinin təşkilatçılığı ilə əlillərin stolüstü idman oyunları üzrə IV ümumrespublika yarışları keçirilib. Gənclər və İdman İdarəsinin sözçüsu Mahir Əliyev bildirib ki, 10 rayondan 78 əlil iştirak edir: “Nərd, stolüstü tennis, dama, şahmat və qol güləşi üzrə yarışacaq iştirakçılara yaş məhdudiyyəti qoyulmur. Tədbir 2 gün davam edəcək”.
Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi Ömər Abdullayev isə qeyd edib ki, yarışın məqsədi əlilləri bir-bir ilə görüşdürmək, ünsiyyət yaratmaqdır.
Yarışlar Gənclər Evinin I, II və III mərtəbələrində ayrılmış otaqlarda aparılıb.

Aytən Kosayeva

Şərhlər bağlıdır.