AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində “Mural art” layhəsi reallaşdırılıb

2021-ci ilin 9-10 sentyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Education Hub-ın təşəbbüsü ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan keyfiyyətli təhsili simvolizə edən “Mural art” layihəsi həyata keçirilib.

MDU, Gənclərin İnkişafı və Karyera Mərkəzi və Şərqi Avropa Təhsil Şəbəkəsinin birgə əməkdaşlığı formatında reallaşdırılan layihə dünya şöhrətli azərbaycanlı alim, süni zəka araşdırmaçısı, Kaliforniyadakı Berkeley Universitetinin kompyuter elmləri üzrə əməkdar professoru Lütfəli Rəhim oğlu Ələsgərzadənin (Lütfi Zadə) 100 illik yubileyinə həsr olunub.

Universitetin divarını bəzəyən Muralda Lütfi Zadənin rəsmi ilə yanaşı, onun dünyaca məşhur qeyri-səlis məntiq nəzəriyyəsini, eləcə də hərtərəfli inkişafda təhsilin önəmini, ömürboyu təhsili, yaradıcılığı və kamilliyi əks etdirən bir sıra fəlsəfi illustrasiyalar yer alıb.

Qeyd edək ki, tələbə və əməkdaşların hərtərəfli inkişafına xüsusi önəm verən MDU-da təhsil ilə “Mural art”ın  sintezini nəzərdə tutan layihənin reallaşdırılmasında başlıca məqsəd gənclərin daha da həvəsləndirilməsi, maraq və motivasiyasının gücləndirilməsi, divar rəsmləri vasitəsilə onlar arasında yeniliyin və kreativliyin təbliğ edilməsidir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close