Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Başçı Günəş küçəsində

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Günəş küçəsindəki X.Şuşinski adına mədəniyyət evində mayın 29-da baş tutub. Başçı ölkə prezidenti İlham Əliyevin  tapşırığına əsasən keçirilən səyyar görüşlərin  sakinlərin problem və çətinliklərini, fikir və təkliflərini öyrənmək məqsədi daşıdığını,  regionlarda həyata keçirilən  iqtisadi inkişaf proqramı çərçivəsində Mingəçevirdə  ardıcıl layihələrin reallaşdığını və davam etdirildiyini bildirib.

Sakinlər əkin sahələrinin suvarılması zamanı qarşılaşdıqları  çətinliklər, işıqlanma sisteminin olmaması, işsizlik  problemi,  sosial yardım  alınması prosedurundakı çətinliklər, ərazidə tikintisi yarımçıq qalmış uşaq bağçası-körpələr evinin inşasının davam etdirilməsi  kimi onları narahat edən məsələlərdən söz açıblar.

Şəhər rəhbəri problemlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Şərhlər bağlıdır.