Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Günəş küçəsindəki X.Şuşinski adına mədəniyyət evində mayın 29-da baş tutub. Başçı ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən səyyar görüşlərin sakinlərin problem və çətinliklərini, fikir və təkliflərini öyrənmək məqsədi daşıdığını, regionlarda həyata keçirilən iqtisadi inkişaf proqramı çərçivəsində Mingəçevirdə ardıcıl layihələrin reallaşdığını və davam etdirildiyini bildirib.
Sakinlər əkin sahələrinin suvarılması zamanı qarşılaşdıqları çətinliklər, işıqlanma sisteminin olmaması, işsizlik problemi, sosial yardım alınması prosedurundakı çətinliklər, ərazidə tikintisi yarımçıq qalmış uşaq bağçası-körpələr evinin inşasının davam etdirilməsi kimi onları narahat edən məsələlərdən söz açıblar.
Şəhər rəhbəri problemlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Şərhlər bağlıdır.