Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Balaca Cabir dünya çempionu olacaq

7 yaşlı Cabir Aslanov baxmayaraq ki, cəmi 1 ildir idmanla məşğul olur, artıq çoxlu uğurlara imza atıb. Onun nailiyyətlərini saymaqla bitməz. Ötən ilin payızında UGIM-in təşkil etdiyi açıq şəhər birinciliyində 21 kq çəki dərəcəsində 1-ci yerə çıxıb. Bundan sonra Zaqatalada Dünya Azərbaycanlılarının Həmrəylik gününə, Bərdədə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yarışlarda, nəhayət bu ilin fevralında Qəbələdə açıq şəhər birinciliyində ən yüksək nəticəni göstərərək, liderliyi əldən verməyib. Atası vaxtı ilə dzü-do idman növü ilə məşğul olub və oğlunu da bu məşğuliyyətə yönəldib: “Bir dəfə oğlum TV-də Olimpiya oyunları zamanı Elnur Məmmədlinin erməniyə qalib gəldiyini gördü. Dedi ki, mən də onun kimi ermənilərin kürəyini yerə vurub, bayrağımızı ucaltmaq istəyirəm. Cəmi bir dəfə, Gəncədə uduzdu və çox kövrəldi. Ondan sonra yalnız qalibiyyət haqda düshünür. Hər dəfə yarışlarda gözü o gəncəlini axtarır. Deyir ki, ona yerini tanıdacağam. Hamıdan güclü olmaq istəyir”-Eldəniz aslanov belə deyir. İdmanda uğurları ilə çoxlarını təəccübləndirən Cabir həm də dərs əlaçısıdır. Ən böyük arzusu isə olimpiya çempionu olmaqdır. Amma bunun üçün ona və yoldaşlarına yaxşı şərait yaradılması arzusundadır: ” Dövlət bizə hər şəraitli geniş zallar yaratsa, məşqçilərimiz Əliağa müəllimin, Sarvan müəllimin daha çox tələbələr yetişdirmək imkanı olar. Mingəçevirdə dzü-doya maraq göstərən uşaq çox, zal isə kiçikdir”. Rufana Namiq qızı

Şərhlər bağlıdır.