Bələdiyyə Qarabağ qazilərinə yardım göstərdi
Mingəçevir Bələdiyyəsindən aldığımız məlumata görə, Qarabağ Qaziləri İctimai Birliyi Mingəçevir şöbəsinin idarə heyati yeni ofislərinin təmiri üçün bələdiyyəyə müraciəti etmişdi. “Biz bütün seçicilərimiz kimi qazilərin də müraciətinə həssaslıqla yanaşdıq. Bələdiyyə tərəfindən otağa plastik pəncərə quraşdırıldı, təmiri üçün lazım olan tikinti materialları alınaraq, qazilərə verildi. Az vaxtda ofis təmir olunraq, iş üçün hazır vəziyyətə gətirildi”-Bələdiyyə sədri Coşqun Abdullayev qəzetimizin müxbirinə belə deyib. İB-nin sədr müavini Əbülfət Babayev isə diqqət və yardıma görə qazilər adından bələdiyyəyə minnətdarlığını bildirib.
Şərhlər bağlıdır.