Yerli Qurumlar

Elman Lələyev “Tərəqqi” medalına, İlham İsmayılov isə “Fəxri diplom”a layiq görüldülər

Mingəçevirin dövlət qulluqçuları peşə bayramlarının 10-cu ildönümünü yadda qalan günə çevirdilər

İyunun 23-də Mingəçevirin  dövlət qulluqçuları Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzdükdən sonra şəhər İcra Hakimiyyətinə gəliblər. İH başçısı Niyazi Bayramov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. O, vurğulayıb ki, bu bayram 10 il əvvəl Azərbaycan  Prezidenti  İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində  ümummilli liderin xidmətlərindən danışan N.Bayramov  2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunduğunu da nəzərə çatdırıb. Başçı onu da bildirib ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elman Lələyev Prezident İlham Əliyevin dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncamına əsasən“Tərəqqi” medalı ilə təltif olunub.

Yığıncaqda  idarə, müəssisə və təşkilat rəhbərləri  də  peşə bayramları münasibətilə təbriklərini bölüşüblər.  DİİXİHİ Mingəçevir Şəhər Komitəsinin sədri Ülviyyə Vəlieva da təbrik üçün söz alıb və  nümunəvi işinə görə  AHİK-in Dövlət İdarələri Respublika Komitəsi adından  Fəxri Diplomu Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılova təqdim edib.

***

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Mingəçevir şəhər şöbəsinin aparıcı məsləhətçisi-hüquqşünası Səbuhi Abbasov da səmərəli əmək fəaliyyətinə görə AHİK-in Dövlət İdarələri Respublika Komitəsi adından Fəxri Fərmanla təltif olunub. Bu barədə qəzetimizə DİİXİHİ Mingəçevir şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva məlumat verib. Şöbənin müdiri Cəlil Hətəmov mükafat alan S.Abbasovu  və bütün iş yoldaşlarını dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik edib, onlara  uğurlar arzulayıb.

Daha çox

Oxşar yazılar

Close