AzərbaycanMingəçevirMTK

MTK kollektivi şəhərin 70 illik yubileyində fəallıq nümayiş etdirib

Müasir Mingəçevirin 70 illik yubileyini  silsilə tədbirlərlə bayram edən Mingəçevir Turizm Kollecinin kollektivi yekun ümumşəhər tədbirində fəallığı ilə diqqəti çəkib.  Onların nağıl qəhramanlarının ifasında təqdim etdiyi flasmob tamaşaçı rəğbətini  qazanıb. Həmçinin kollec tələbələri  kukla teatrının tamaşa hazırLığı prosesinə cəlb edilib. Ümumən isə kollektiv  teatr meydanında düzənlənən  bayram mərasimində ən böyük  guşə ilə təmsil olunub. Guşədə 100-dən artıq müxtəlif məzmunlu dəyərli eksponat kütləvi nümayişə çıxarılıb. Onların arasında  dəyərli əl işləri, rəsm əsərləri, yubiley münasibəti ilə xüsusi hazırlanmış  maketlər, tanıtım suvenirləri və digər əşyalar, həmçinin təşviqat lövhələri yer alıb.  Kollecin özfəaliyyət bölməsinə məxsus musiqi qrupu və istedadlı  ifaçı tələbələrin çıxışları da yaddaqalan olub. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov qonaqlara  kollektivin  mövcud  potensialı barədə məlumat verib.

Tag
Daha çox

Oxşar yazılar

Close