Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“ART LİNE” layihəsi uğurla davam etdirilir

84
Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” müsabiqəsinin “Gənc İstedad” qrant istiqaməti üzrə qalib olmuş “ART LİNE” layihəsi uğurla davam etdirilir.
Layihəyə uyğun olaraq, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək həmçinin, onların yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, dil biliklərini, natiqlik qabiliyyətlərini və özünü ifadə bacarıqlarını yüksəltmək məqsədi ilə, peşəkar təlimçi Aynur Arazqızı tərəfindən keçilən təlimlərdə gənclər, söz bazasını düzgün artırmaq, cümlə quruluşunda edilən səhvlər, auditoriya qarşısında çıxış, səhnə danışığı, səhnə mədəniyyəti, danışıq zamanı həyəcan, təqdimatlarda edilən səhvlər göz kontaktı, telefonla düzgün danışıq, artikulyasiya və nəfəs uyğunluğu istiqamətində maarifləndiriliblər.

Gənclər tərəfindən maraqla qarşılanan təlimlər zamanı yaranan suallara aydınlıq gətirilib. Gənclər cofe break zamanı mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İdeyanı Reallaşdır 2022” ​qrant müsabiqəsi “VətənimİZ”, “İnnovativ Gənclik”, “Gəncdən Gəncə”, “Gənc İstedad”, “Gənclər Məkanı”, “Gənc Lider”, “Azərbaycan Könüllüsü” və “Tələbə Təşəbbüsü” qrant istiqamətləri üzrə aparılıb və, 178 layihənin maliyyələşdirilməsinə qərar verilib. “ART-LİNE” layihəsi fondun dəstəklədiyi layihələr sırasındadır.

Şərhlər bağlıdır.