Yerli Qurumlar

10 saylı məktəbdə başçıya nə dedilər?

A.Qurbani küçəsində, uzun illər zir-zibil içində olan ərazi indi nümunəvi istirahət yerinə çevrilib və belə yerlərin şəhərin bütün massivlərində yaradılması nəzərdə tutulub

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun sakinlərlə növbəti görüşü noyabrın 11-də 10 saylı məktəbin akt zalında keçirilib. Başçı ölkədə və şəhərdə aparılan işlər, yeni layihələr barədə danışıb. Bildirib ki, A.Qurbani küçəsində,  uzun illər zir-zibil içində olan ərazi indi nümunəvi istirahət yerinə çevrilib və belə yerlərin şəhərin bütün massivlərində yaradılması nəzərdə tutulub. Şəhərdəki 465 çoxmənzilli binanın 388-nin dam örtüyü dəyişdirilib. Yaşıllıqların suvarılması üçün AzDRES qəsəbəsində köhnə su xətlərinin şəhərə təhvil verilməsi başa çatdırılıb. Binaların istilik sisteminin bərpası  ilə bağlı danışıqlar aparılır.

Şəhər sakinlərindən Sabir Qarayev,  İranə Həsənova, Yaşar Abbasov, Aslan Allahverdiyev, Tofiq Sadıqov, Fikrət Həsənov, Mehdi Səmədov, Gövhər Bəşirova və başqaları görülən işləri  təqdir etməklə bərabər həllini gözləyən məsələləri də qabardıblar. Qeyd olunub ki,  Üzeyir Hacıbəyov və Rəsul Rza küçələrinin kəsişməsində avtomobillərin sıxlığı və piyada xəttinə məhəl qoymaması şagirdlər üçün təhlükə yaradır. Füzuli küçəsindəki 6/1 ünvanında yerləşən “Bulvar” kafesində gecədən xeyli keçənədək səs-küy yaradılması,  Maqomayev küçəsindəki 77 saylı binanın qarşısında  kanalizasiya iyi, həyətdəki işıqların gecə 2-3 radələrində söndürülməsi, N.Rəfibəyli 6 a ünvanında binaların balkonlarının qəzalı vəziyyətə düşməsi, şəhərdə sahibsiz itlərin çoxalması da sakinlərin rahatlığını pozur.

Bütün çıxışları diqqətlə dinləyən İ.İsmayılov problemlərin həlli üçün müvafiq qurumların rəhbərlərinə yerində göstərişlərini verib.

Daha çox

Oxşar yazılar

Close