Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ali hüquq təhsilli və idman cüssəli gənclərə polis orqanlarında iş tapmaq fürsəti yaranıb

Müsabiqədə ali hüquq təhsilli, yaşı 28-dək, idman cüssəli, həqiqi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının vətəndaşları (ancaq  oğlanlar) iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2021-ci il noyabr ayının 27-dən dekabr ayının 27-dək http://mia.gov.az/index.php?/az/concent/29799/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket formalarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək, namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.

Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

✓ Şəxsiyyət  vəsiqəsi

✓ Ali təhsil haqqında diplom

✓ Hərbi bilet

✓ Əmək kitabçası (olanlar üçün)

“Daxili İşlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları” test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az  ünvanlı veb saytında yerləşdirilməlidir.

Əlavə məlumat üçün əlaqə telefonu: (024)275-48-89

Mingəçevir şəhər polis şöbəsi

Şərhlər bağlıdır.