AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetinin aliminin məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Vüqar Mustafayevin həmmüəlliflərlə birgə yazdığı elmi məqalə Polşada nəşr olunan “Nafta-Gaz” jurnalının 2021-ci il, 9-cu buraxılışında dərc edilib.

MDU əməkdaşının “İstifadə edilən cərəyanın qiymətinə görə tirsiz ştanqlı yağ nasosunun bərabərliyinin qiymətləndirilməsi” (ingilis dilində: “Estimation of the equality of the beamless sucker-rod oil pumping unit by the value of the consumption current”) adlı məqaləsinin yer aldığı elmi jurnal nüfuzlu Web of Science bazasında indeksləndirilir.

Məqalədə tirsiz ştanqlı yağ nasosu aqreqatlarının yeni konstruktiv həllinin yüklənməsi və balanslaşdırılmasının qiymətləndirilməsi üzrə eksperimental tədqiqatların nəticələri əks olunub.

Qeyd edək ki, MDU-da elmi potensialın gücləndirilməsi məqsədilə akademik heyət üzvlərinin tədqiqat qabiliyyəti və bacarıqlarının artırılmasına, səmərəli elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və elmi fəaliyyətin təşviq edilməsinə xüsusi diqqətin göstərilməsi, xüsusilə Elmi Şuranın müvafiq qərarı ilə “MDU əməkdaşlarının elmi nəşrlərdə dərc edilən əsərlərə görə mükafatlandırılması Qaydaları”nın təsdiq edilməsi universitet əməkdaşlarının nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrinin sayının artmasına səbəb olub.

Belə ki, 2019-2021-ci illər ərzində MDU əməkdaşlarının “Web of Science” bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrinin sayı (15 ədəd) 1991-2018-ci illər üzrə müvafiq göstəricidən (7 ədəd) 2 dəfədən artıq çoxdur. Yalnız 2021-ci ildə belə məqalələrin sayı 6-a çatıb. Ümumilikdə, bu günə qədər sözügedən bazaya daxil olan jurnallarda universitetin akademik heyət üzvlərinin 22 məqaləsi dərc olunub.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker