Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə yanğın: ölən və zəhərlənənlər var

Mingəçevirdə yanğın hadisəsi baş verib. Bizim.Media-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Ş.İ.Xətai küçəsi 11 ünvanında yerləşən binanın 3-cü mərtəbəsində baş verib.

Yanğın nəticəsində mənzildə olan  bir kişi tüstüdən zəhərlənərək ölüb. O,  1940-cı il təvəllüdlü şəhər sakini Tərxanov Tofiq Şahlar oğludur.
Yanğın zamanı tüstüdən zəhərlənən ikisi azyaşlı, 3-4  böyük olmaqla 5-5 nəfər  xəstəxanaya yerləşdirilib. Bir neçə bina sakininə isə yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanıb.

 

Şərhlər bağlıdır.