Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Akkord Mingəçevir Maşınqayırma Zavodu” ASC yenidənqurmadan sonra açıldı

Mingəçevir şəhərində, Kür çayının sağ sahilində yerləşən “Akkord Mingəçevir Maşınqayırma zavodu” 1957-ci ildə yaradılıb və Mingəçevir SES–in mexanikləşdirmə idarəsinin tərkibində fəaliyyət göstəib. Müxtəlif illərdə zavodun adı dəyişdirilib. 2018-ci ildə “Akkord İndustrial Company” MMC tərəfindən yenidən təsis edilib.

Zavod əsasən müxtəlif çeşidli  metal konstruksiyaların  istehsalı ilə məşğuldur. Müasir avadanlıqlarla təhciz edilmiş müəssisədə sement və aqrar sektorun servis sahələri üçün müxtəlif metal konstruksiyalar, mülki tikinti işlərində, habelə yol və körpü tikintisi sahələrində istifadə edilən dəmir-beton məmulatları üçün metal qəliblər, avtonəqliyyat vasitələri, beton və asfalt zavodları üçün metal ehtiyat hissələri və s. istehsal ediləcək. Müəssisə istehsal fəaliyyəti ilə bərabər peşəkar layihələndirmə və montaj işlərini də həyata keçirəcək.

İyulun 1-də “Akkord Mingəçevir  Maşınqayırma Zavodu” ASC yenidənqurmadan sonra açılıb. Bu münasibətlə zavodun həyətində təşkil edilən mərasimdə Heydər Əliyevin büstünün açılışı olub və bütsün önünə tər çiçəklər düzülüb. Daha sonra zavodla tanışlıq başlayıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İlqar Pirməmmədov, “Akkord” MMC-nin baş icraçı direktoru Razim Məmmədov, müəssisənin direktoru Eyvaz Həsənov və İqtisadiyyat Nazirliyinin nümayəndələri işçilərlə görüşüb,  yenidənqurma, təmir-tikinti, abadlıq və quruculuqdan sonra müəssisənin fəaliyyətə başlaması münasibəti ilə hər kəsə uğurlar arzulayıblar.

Şərhlər bağlıdır.