Mingəçevir Şəhər Statistika İdarəsiStatistika

“2019-CU İLİN İYUN AYININ 1-İ VƏZİYYƏTİNƏ ƏKİN SAHƏLƏRİNİN QƏTİ UÇOTU” HAQQINDA

Əkinlərin yekununa dair qəti hesabat məlumatları respublikanın hər yerində olduğu kimi Mingəçevirdə də yekunlaşdırılmışdır.

Mingəçevir respublikanın eləcə də “Aran iqtisadi rayonu”nun iri sənaye şəhərlərindən biri olmaqla bərabər, həm də kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə məşğul olan şəhərdir.

Şəhərin ümumi ərazisi 0,14 min kv.km olmaqla, burada kənd təsərrüfatının ayrı-ayrı sahələri, yəni heyvandarlıqla yanaşı bağçılıq, bitkiçilik və tərəvəzçilik də son illər inkişaf etdirilir.

2019-cu il iyunun 1-i vəziyyətinə keçirilmiş əkinlərin yekununa dair qəti hesabat məlumatları respublikanın hər yerində olduğu kimi şəhərdə də yekunlaşdırılmışdır.

Son vaxtlar şəhər iqtisadiyyatı dinamik şəkildə inkişaf edir. Bu sahədə kənd təsərrüfatının xüsusi yeri vardır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi “Kənd təsərrüfatı məhsulları istehsalına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalı üzrə sərf olunan yanacaq və motor yağlarının və  mineral gübrələrin güzəştlə satılması kənd təsərrüfatı əməkçisinin torpağa marağını artırmış və cari ildə əkin sahələrinin daha da artırılmasına səbəb olmuşdur. Mövcud  vəziyyəti aşağıdakı cədvəldən görmək olar. Şəhərdə hesabat dövründə əkin sahələri aşağıdakı kimi olmuşdur.

 Cədvəldən  göründüyü kimi 2019-cu ilin əvvəlindən cəmi əkin sahəsi 216,0 hektar olmuşdur ki, bunun da 130,5 hektarını və ya 59,0 faizini yazlıq əkin sahələridir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cəmi əkin sahələri 31,5 hektar və ya 16,6 faiz çoxdur. Yazlıq əkin sahələri isə əvvəlki il ilə müqayisədə 108,5 hektar və ya 5,9 dəfə çoxdur. Yazlıq əkin sahələrinin 6,0 hektarı və ya 4,6 faizi kartof, 101,0 hektarı və ya 77,4 faizi dən üçün günəbaxan, 17,5 hektarı və ya 13,4 faizi tərəvəz, 6 hektar və ya 4,6 faizi cari ilin yoncasıdır. Əvvəlki il ilə müqayisədə kartof sahəsi dəyişməmiş, meyvə sahəsi 0,3 hektar və ya 0,4 faiz azalmış, tərəvəz sahəsi isə 1,5 hektar və ya 9,4 faiz artmışdır.

Cari ildə əkilmiş tərəvəz sahəsinin 1,5 hektar və ya 8,6 faizi hüquqi şəxslər, 16 hektar və ya 91,4 faizi fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları tərəfindən əkilmişdir.

Cari ildə əkilmiş tərəvəz sahəsinin 0,7 hektarı və ya 4,0 faizi kələm, 4,6 hektarı və ya 26,3 faizi xiyar, 4,9 hektarı və ya 28,0 faizi pomidor, 0,2 hektarı və ya 1,1 faizi süfrə çuğunduru, 0,2 hektarı və ya 1,1 faizi süfrə yerköküsü, 1,7 hektarı və ya 9,7 faizi baş soğan, 0,4 hektarı və ya 2,3 faizi sarımsaq, 0,5 hektarı və ya 2,9 faizi balqabaq, 2,5 hektarı və ya 14,3 faizi badımcan, 1,8 hektarı və ya 10,3 faizi sair tərəvəz bitkiləridir.

2019-cu ilin əvvəlindən cəmi əkin sahəsinin 59,0 hektarını və ya 26,7 faizini taxıl sahələri təşkil edir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cəmi taxıl sahəsi 58,0 hektar və ya 49,6 faiz azalmışdır.

Cəmi taxıl sahəsində buğda və arpanın xüsusi çəkisi, %-lə

Keçən ilin payız aylarında 59,0 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 17,0 hektarına və ya 28,8 faizinə buğda, 42,0 hektarına və ya 71,2 faizinə isə arpa səpilmişdir. Taxıl sahəsinin hamısı da kənd təsərrüfatı müəssisələri tərəfindən əkilmişdir.

Cəmi əkin sahəsinin 31,5 hektarını və ya 14,3 faizini keçmiş illərdə əkilmiş çoxillik otların çalım sahəsi təşkil edir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19 hektar və ya 37,6 faiz azdır. Çoxillik otların hamısı kənd təsərrüfatı müəssisələri tərəfindən əkilmişdir.

Daha çox

Oxşar yazılar

Close