Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ailədaxili münaqişə zəminində qadın özünü öldürmək istədi

Goranboyda iki uşaq anası intihara cəhd edib. Lent.az-ın məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib.

1996-cı il təvəllüdlü kənd sakini və iki uşaq anası Cəfərova Təranə Fariz qızı çox sayda dərman preparatı içərək intihara cəhd edib. Ağır durumda olan qadın xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, intihara cəhdə ailədaxili münaqişə səbəb olub. Fakta bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.