Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində keçirilmiş elmi konfransın materialları dərc olunub

Mingəçevir Dövlət Universitetində (MDU) keçirilmiş “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransının materialları kitab şəklində dərc olunub.

Qeyd edək ki, sözügedən konfrans Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2019-cu ildə keçirilməli olan beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlar çərçivəsində təşkil olunub. 2019-cu ilin 6-7 dekabr tarixlərində keçirilmiş konfransın əsas məqsədi hazırki mərhələdə şəxsiyyət, cəmiyyət və dövlət arasında qarşılıqlı münasibətlərin məzmunu, xarakteri və inkişaf istiqamətləri üzrə elmi diskussiyaların aparılmasından, eləcə də mövzu üzrə müasir yanaşmalar və yeni nəzəri konsepsiyalar haqqında elmi məruzələrin dinlənilməsindən ibarət olmuşdur.

Ali təhsil və elm ictimaiyyətinin böyük marağına səbəb olan və doqquz elmi istiqaməti əhatə edən konfransa respublikanın 22 ali təhsil müəssisəsindən, AMEA-nın 16 sahə elmi-tədqiqat institutundan və 5 digər təşkilatdan 3 bölmə (Humanitar: İqtisadiyyat və idarəetmə; Texnika və ekologiya) üzrə ümumilikdə 300-ə yaxın məqalə və tezis daxil olmuşdur.

Konfransın plenar iclasında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan İlahiyyat İnstitutunun həmin dövrdəki rektoru Ceyhun Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənli və MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov məruzələrlə çıxış etmişlər. Konfrans çərçivəsində müvafiq mövzulara dair müasir nəzəri yanaşmalar və praktiki təcrübələr ətrafında geniş elmi diskussiyalar aparılmışdır.

Respublika elmi konfransının materialları ilə aşağıdakı internet linki vasitsilə tanış olmaq olar:

mdu.edu.az./pdf/Konfrans.pdf

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close