Bizimlə həyatınız həmişə işıqlı olacaq!

20 yaşlı mingəçevirlinin idman uğurlarından dünya xəbərdardır

237

Əhmədov Yasin Afiq oğlu 24 aprel 1996-cı ildə Mingəçevir şəhərində anadan olub. 18 saylı tam orta məktəbdə təhsil alıb. 12 yaşından avarçəkmə idman növü ilə məşğul olur.

Ötən illər ərzində Yasinin məşqçisi keçmiş SSRİ idman ustalığına namizəd İsfəndiyar Cəfərov olub. Yığma komandada isə onunla xarici məşqçi-mütəxəssislər məşğul olublar.  Təcrübəli məşqçilərin tələbkarlığı və peşəkarlığı Yasinin həyatında qısa meddətdə  bəhrəsini verib. O, ilk böyük qələbə sevincini 2009-cu ildə yaşayıb. Beynəlxalq “Prezident Kuboku” reqatasında birnəfərlik qayıqda 200 m məsafəni 1-ci başa vurub. Sonradan 200, 500 və 1000 m məsafələrə yarışlarda da (Azərbaycan, Turkiyə, Gürcüstan, Rusiya Federasiyası, Ukrayna, ayrı-ayrı vaxtlarda İran və Moldova komandalarının iştirakı ilə keçirilən beynəlxalq  “Prezident kuboku” və “Mingəçevir  reqatası”nda)  parlaq qələbələrə imza atıb. 2009-2013-cü illərdə birnəfərlik qayıqda 6 dəfə, idmançı dostu, dəyişməz partnyoru Amil Hüseynli ilə birlikdə ikinəfərlik qayıqda isə 18 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu gənclər Azərbaycan yığma komandasının tərkibində və onun hüdudlarından kənarda uğurla çıxış ediblər.

2011-ci ildə Gürcüstan, Ermənistan və Azərbaycan yığma komandalarının iştirakı ilə (qeyri-rəsmi  Zaqafqaziya birinciliyi adlanır) Beynəlxalq Turnirdə Yasin birnəfərlik qayıqda 500 m məsafədə 1-ci olub. Xüsusi ilə qeyd edilməlidir ki, 2011-ci ilin iyununda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində 43 ölkənin iştirakı ilə yeniyetmələrin Avropa Çempionatında Yasin və Amil tendemi 200 və 1000 metr  məsafəyə 15-ci, ondan 1 ay sonra isə Almaniyanın Branderburq şəhərində 60-dan yuxarı ölkənin iştirak etdiyi dünya birinciliyində 1000 m məsafəyə  16-cı olublar. 2013-cü ildə Polşanın Poznan şəhərində keçirilən Avropa Çempionatında bu duet 200 və 500 m məsafələrdə 44 ölkə arasında 14-cü yerə yiyələnib. Həmin ilin may ayında Slaveniyanın Priştina şəhərində baş tuttan beynəlxalq turnirdə isə 200 metr məsafəyə 4-cü, 500 m məsafəyə isə 6-cı yerdə çata biliblər.

Bu gənclər Macarıstan və Portuqalyada keçirilən beynəlxalq yarışlarda yığma komandamızın tərkibində ölkəmizi təmsil ediblər. Avarçəkmənin ən çətin idman növlərindən  biir olduğunu  nəzərə alsaq, bu göstəricilərn mötəbər, iri miqyaslı yarışlarda, dünyanın çoxmilyonlu şəhərlərindən çıxmış idmançılarla mübarizədə əldə edildiyini diqqətdən qaçırmamalıyıq. Yeri gəlmişkən, Respublika Gənclər və İdman Nazirliyinin 2009/2012-ci illər üçün Vahid İdman Təsnifatına (hər 4 ildən bir yenilənir) uyğun olaraq, hər iki gənc hələ 2012-ci ildə Dünya birinciliyi, Avropa çempionatı və Beynəlxalq turnirlərdə qazandıqları nəticələrlə “İdman ustası” dərəcəsini yerinə yetirib, son 3 ildə bir daha usta normativini ödəyiblər.

Bu gün Yasin Əhmədovun  40 medalı var. Onlardan 30-u qızıl, 8-i gümüş, 2-i  bürüncdür  Sənə uğurlar, Yasin!!!

El Ya Cəlilova

Şərhlər bağlıdır.