Hadisə

Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Anar Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Anar Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

A.Əliyev ictimai yerdə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə müalicə aldığı evə qaytarılıb.

Həmin şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close