Bizimlə həyatınız həmişə işıqlı olacaq!

10-cu Youth Speak Forum gəncləri bir araya topladı

Forumda Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan çıxışlar yer aldı

18 Fevral 2023-ci ildə Azərbaycan Gənclər Fondunun dəstəyilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 10-cu Youth Speak Forum baş tutub. Youth Speak Forum-un əsas məqsədi gəncləri bir araya toplayaraq müxtəlif mövzular üzrə diskussiyalar aparmaq və  gənclərin baxış çərçivələrini genişləndirməkdir.

Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan çıxışların yer aldığı Youth Speak Forumda bu dəfə #SDG4- “Keyfiyyətli Təhsil, #SDG8- “Layiqli Əmək və İqtisadi artım” kimi aktual mövzular müzakirə olunub. Müvafiq mövzuların müzakirə edildiyi Keynote çıxışları isə Zeynəb Rzayeva,Türkan  Fərzəliyeva tərəfindən həyata keçirilib.

Dayanıqlı İnkişaf Məqsədlərinin müzakirəsini özündə ehtiva edən “workshop”-lar isə Şahnar Həsənov, Anar Vəliyev, Gülsarə Qasımova Xudiyeva, Orxan Cabbarlı, Səmrah Huseynov,  və Xumar Hüseynova tərəfindən gənclərlə müzakirə edilib.

Gənclərin suallarının cavablandırıldığı Panel Diskusiyasında spikerlər Azər Əliyev, Məryəm Məcidova, Nurxan Babayev kimi ölkənin qabaqcıl qurumlarından olan professionallar olub.

Həm Azərbaycan, həm də İngilis dilində keçirilmiş forumda 160 gənc iştirak edib. Tədbirin təşkil edilməsində Azərbaycan Gənclər Fondu, ABB, Push30 və Park Cinema da öz dəstəyini göstərib və iştirakçılara hədiyyələr təqdim edib.

Səidə Niftəliyeva,

AIESEC Azərbaycanın Korporativ Satış Direktoru


Şərhlər bağlıdır.