CəmiyyətYerli Qurumlar

Şəhid ailələrinin yaşadıqları məhəllələrdə sərv ağacları əklidi

Ağacəkmə aksiyasında şəhid ailələri də iştirak etdilər

2021-ci il sentyabrın 25-də Mingəçevirdə şəhidlərimizin xatirəsinə ağackmə aksiyası keçirilib. Şəhid valideynlərinin iştirakilə dörd  şəhidin yaşamış olduğu məhəllədə və Mingəçevir yüksək Texnologiyalar Parkının  arxasındakı ərazidə ağac əkmə prosesinə yerli İcra Hakimiyyətinin, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, digər dövlət qurumlarının nümayəndələri və YAP Gənclər  Birliyinin könüllüləri qatılıblar.

İH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev qəzetimizin müxbiri ilə söhbətində bildirib ki, Əliağa Vahid 2, Nəriman Nərimanov 33 və 41, İsmət Qayıbov 2 ünvanlarında İcra Hakimiyyəti başçısı İlham İsmayılov şəhid Elcar Abbasov, Qurban Əhmədov, Pərviz Tağıyev və Məhəmməd Məmmədlinin ailə üzvləri ilə görüşüb, onları narahat edən problemlərlə maraqlanıb: “Valideynlərlə birgə ağac əkən başçı dedi ki, biz 44 günlük müharibədə Böyük Qələbəni şəhid və qazı olan əsgərlərimizin qanı bahasına qazandıq. Şəhidlik zirvəsinə ucalan  bu oğullarımızın ruhu şaddır, çünki düşməndən qisas alınıb,  torpaqlarımız azad olunub, başımızı dik tuturuq”.

Ağacəkmə aksiyası Mingəçevir Yüksək Texnologiyalar Parkının  arxasındakı ərazidə də davam edib. İcra başçısı gələcəkdə həmin yeri əhalinin istirahət parkına çevirmək üçün müvafiq qurumların rəhbərlərinə elə oradaca tapşırıqlarını verib.

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçisi Zeynəddin Məmmədovun qəzetimizə açıqlamasına görə, Bərdə Regional Meşə Təsərrüfatı  İdarəsindən şəhərə 500 ədəd sərv ağacı gətirilib: “Ağaclar şəhidlərin yaşadığı məhəllələrdə, Heydər Əliyev prospektində və Energetiklər qəsəbəsində əkilib. Gələcəkdə də bu işlər davam etdiriləcək”.

“Gənc qazilər” qazi övladlarına məktəb ləvazimatları hədiyyə etdilər Mingəçevirdə “Vətən fədailəri” abidəsi ucaldılıb Mingəçevir Bələdiyyəsi iki şəhid bulağının inşasını öhdəsinə götürüb
Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close