Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə fənn olimpiadalarının şəhər mərhələsinin qalibləri ilə görüş keçirilib

146

2022-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbdə Respublika fənn olimpiadalarının şəhər mərhələsinin qalibləri ilə görüş keçirilib.

Məktəblilərlə görüşdə Mingəçevir şəhər Təhsil şöbəsi, MDU və şəhərin bir sıra ümumtəhsil məktəblərinin rəhbər və əməkdaşları iştirak ediblər.

Görüş iştirakçılarını salamlayan Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri səlahiyyətlərinin icraçısı Zamiq Cəbiyev qalib şagirdləri təbrik edib. Fənn olimpiadalarının əhəmiyyətindən danışan Z.Cəbiyev şəhərin istedadlı məktəbliləri ilə görüşün təşkilinə görə MDU-nun rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.

Qalibləri təbrik edən MDU-nun rektoru Şahin Bayramov məntiqi və yaradıcı təfəkkürü ilə fərqlənən parlaq zəkalı gənclərlə görüşdən məmnunluğunu bildirib. Elmə marağın artırılmasına və istedadlı gənclərin aşkara çıxarılmasına xidmət edən fənn olimpiadalarının önəmindən bəhs edən rektor respublika və beynəlxalq səviyyəli bilik müsabiqələrində iştirakın gənclərin potensialının inkişafında mühüm rol oynadığını vurğulayıb.

Hazırda MDU-nun modernləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edən Ş.Bayramov universitet – orta məktəb əməkdaşlığının vacibliyini qeyd edib. Universitetin potensialından şagirdlərin faydalana bilməsi üçün birgə fəaliyyətlərə daim açıq olduğunu deyən rektor gənclərə müvafiq tövsiyələrini bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra 13 nömrəli tam orta məktəbin direktoru Daşqın İbrahimov, 16 nömrəli tam orta məktəbin direktoru Sevinc Həsənova, 7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov, MDU-nin Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov fənn olimpiadalarının təhsilin inkişafında rolundan danışıblar və qalib məktəblilərə növbəti mərhələdə müvəffəqiyyət qazanmaları üçün öz tövsiyələrini çatdırıblar.

Sonda fənn olimpiadalarına hazırlıq işinin təşkili ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, şəhər və ətraf rayonların inkişafına töhfə verməyi əsas hədəflərindən biri kimi müəyyən edən MDU-da region gənclərinin potensialının artırılması məqsədilə müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.