HadisəMi-TVVideo

Yevlağın kəndini sel basıb

HƏYƏT VƏ TƏSƏRRÜFATLARA ZİYAN DƏYİB

Yevlağın Əkşəm kəndini sel basıb. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, səhər saatlarından etibarən Əkşəm kəndinə yağan aramsız yağış fəsadlar yaradıb. Gülövşə- Əkşəm su kanalı, eləcə də kəndin daxili su arxının daşması selə yol açıb. Kənd arası yolları, həyətləri, məktəbi və digər təsərrüfatları su basıb. Sel kənd sakini Duman İsmayılovun həyətyanı daş hasarının bir hissəsini də uçurub. Kənd arasında vəziyyətin normallaşdırılması üçün bəzi maşın mexanizmlər cəlb olunub. Qeyd edək ki, qonşu kəndlərdə də leysan yağışlar həyət və təsərrüfatlara ziyan vurub.

Daha çox

Oxşar yazılar

Close