Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İncəsənət sosial inkişafda vasitə kimi” mövzusu yay məktəbində müzakirə edilib

Təhsil sahəsində ixtisaslaşan Education HUB-ın təşkilatçılığı və Mitost Assosiyasının dəstəyi ilə “İnkişaf Zamanı” yay məktəbi bu gün başa çatır. Proqram “İncəsənət sosial inkişafda vasitə kimi”  mövzusuna həsr olunub.  2020-ci il avqustun 17-dən 24-dək davam edən yay məktəbinə Azərbaycanın fərqli bölgələrindən olan gənclər  qatılıb.  Proqram iştirakçıları müxtəlif incəsənət alətləri ilə tanış olub, yeni layihə ideyalarını müzakirə ediblər.  Beynəlxalq və yerli təlimçilərin iştirakilə  emosional zəka, tənqidi və yaradıcı düşüncə, fotoqrafiya, videoqrafiya və başqa mövzulara dair məlumatlar paylaşılıb və müzakirələr aparılıb.

5 ay müddətində davam edəcək proqram zamanı iştirakçılar layihə idarəçiliyinin əsaslarını öyrənəcək və incəsənət alətlərində istifadə etməklə yeni təşəbbüslərini reallaşdıracaqlar.

Şərhlər bağlıdır.