Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yevlaxda zibil yandıran sakin kəndi işıqsız qoydu

Yevlax rayonunda yanğın baş verib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Əkşəm kəndində qeydə alınıb. Həyətində təmizlik apardığı zaman tullantılardan ocaq qalayan kənd sakini ehtiyatsızlıqdan daha ciddi yanğına şərait yaradıb. Alov öncə çəpərə, oradan isə xəttinə çataraq qəzaya və güclü yanğına səbəb olub. Nəticədə kəndin böyük bir hissəsi işıqsız qalıb. Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb. Qəza baş vermiş xətt bərpa olunur. Araşdırma başlanıb.

https://youtu.be/n6OVR69QeMQ

Şərhlər bağlıdır.