Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakının və Mingəçevirin ilk universitetləri əməkdaşlıq barədə protokol imzaladılar

Sentyabrın 30-da Bakı Dövlət Universitetinin nümayəndə heyəti Mingəçevirdə olub. BDU-nun 100 illik yubiley təntənələri ilə eyni vaxta təsadüf edən səfər Mingəçevir Dövlət Universitetində qarşlıqlı əməkdaşlığa köklənən maraqlı çıxışlarla yadda qalıb.

MDU-nun rektoru Şahin Bayramov vurğulayıb ki, Azərbaycan ali təhsilinin bayraqdarı hesab edilən BDU-nun yubileyi dövlət səviyyəsində qeyd edilir.

“Mingəçevir mənim ən çox sevdiyim şəhərlərdəndir. Dəfələrlə burada olmuşam. Həmişə mingəçevuirlilərdə müsbət xarakter görmüşəm. Mən astrofizika sahəsində elmi fəaliyyətlə məşğul olmuşam və gəlib, bu mövzuda universitetinizdə mühazirələr oxumaq fikrindəyəm”

Bu fikirləri isə BDU-nun rektoru Elçin Babayev səsləndirib. Ölkəmizin ilk ali təhsil ocağının tarixinə qısa səıyahət edən rektor yubiley medalının təsis olunduğun, noyabrın sonlarında Bakıda möhtəşəm yubiley tədbirinin keçiriləcəyini diqqətə çatdırıb. Eyni zamanda bildirib ki, bu şəhərə gəlişlərinin məqsədi Bakının və Mingəçevirin ilk universitetləri arasında əməkdaşlıq barədə protokol imzalamaqdır: “Adətən memorandium qəbul edirir, amma o, çox vaxt arxivdə yatıb qalır. Biz isə real tədbirləri özündı ehtiva edən protokol hazırlamışıq. Burada universitet tələbələrinin mübadilə proqramları üstünlük təşkil edəcək. Gələcəkdə qarşılıqlı diplomların verilməsi də mümkündür”.

Tədbirdə BDU-nun əməkdaşı Əliş Ağamirzəyev, MDU-nun müəllimi Cəmilə Musayeva fikirlərini bölüşüblər. Bakalavr, magist və doktorantura təhsilini BDU-da alan Cəmilə xanım həyatı boyu qazandığı uğurlarda bu universitetə borclu olduğunu deyib.

Tədbir əməkdaşlıq protokolunun imzalanması ilə başa çatıb. BDU-nun  adından MDU-ya hədiyyə də təqdim edilib.

Şərhlər bağlıdır.