Yevlaxda 3 məktəbliyə mükafat verildi
YAP Yevlax rayon təşkilatı ilə şəhər Təhsil Şöbəsinin birgə elan etdiyi məktəblilər arasında inşa yazı müsabiqəsinə yekun vurulub. Şagirdlər “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”, “Tarix və xalq Heydər Əliyevi hər zaman yaşadacaq”, “Heydər Əliyev və ordu quruculluğu” mövzularında qüvvələrini sınayıblar. Mərasimdə iştirak edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova və YAP Yevlax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova və təşkilatın aparat rəhbəri Əli Quliyev Heydər Əliyevin həyat fəaliyyətindən geniş söhbət açıblar. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının bu müsabiqəni təşkil etməkdə məqsədi həm ulu öndərin əbədiyaşar irsini gənc nəslə daha yaxşı aşılamağa çalışmaq, həm də fitri istedada malik gənclərimizi müəyyən edərək onların inkişafına zəmin yaratmaqdır.
Mərasim məktəblərdə keçirilmiş turlarda fərqlənən 50 nəfər şagirdin iştirakı ilə iki saat ərzində davam etdirilib. Qiymətləndirmə komissiyası 3 yer üzrə qaliblərin adlarını elan edib. Onlar Yevlax Şəhər Təhsil şöbəsində keçirilən yekun konfransda mükfafatlandırılıb. Eyni zamanda YAP Yevlax rayon təşkilatı da qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edib.
YAP Yevlax rayon təşkilatı
Şərhlər bağlıdır.