Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yeganə Nəbiyeva “Mingəçevir işıqları”na yeni il sevinci gətirdi

25 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı və “PAŞA Holding”in sponsorluğu ilə həyata keçirilən 2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı uğurla başa çatıb. Proqramın bağlanışına həsr olunan onlayn görüşdə EHİM-in nümayəndələri, münsiflər heyətinin üzvləri, təlimçilər və proqrama qatılan jurnalistlər iştirak ediblər.Tədbirdə çıxış edən EHİM-in nümayəndələri və münsiflər heyətinin üzvləri ölkəmizdə elektron hökumət quruculuğu haqqında danışıb, həmçinin rəqəmsallaşma ilə bağlı maarifləndirmədə medianın vacib rolunu vurğulayıblar.

İki hissədən ibarət proqramın birinci hissəsində rəqəmsal jurnalistika, İKT sektorunda son trendlər, elektron dövlət layihələri, elektron xidmətlərə dair təlimlər təşkil olunub. Proqramın ikinci hissəsində isə təlimləri uğurla başa çatdıran iştirakçılar arasında yazı müsabiqəsi keçirilib. İştirakçılar müsabiqə üçün jurnalist araşdırmalarını ortaya qoyaraq məqalələr hazırlayıb və bu məqalələr münsiflər heyəti tərəfindən xüsusi kriteriyalar əsasında qiymətləndirilib. Nicat Nəsirli (I yer) Elektron hökuməti “cibindəki telefonda gəzdirən” kənd”, Rüfət Seyidov (II yer) “Maliyyə sektorunda rəqəmsal həllər”,  Yeganə Nəbiyeva (III yer) isə “Paytaxtdan kənarda rəqəmsallaşmaya “at arabası ilə” gedirlər” sərlövhəli məqalələri ilə qalib ellan olunublar. Onlar müfafiq olaraq 1000 AZN, 700 AZN və 500 AZN pul mükafatı ilə təltif ediliblər. Bununla yanaşı, proqramı müvəffəqiyyətlə bitirən iştirakçılar EHİM tərəfindən elektron sertifikatlarla təltif olunublar.

“Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas hədəfi media nümayəndələrinin rəqəmsal xidmətlər haqqında məlumatlılığını daha da artırmaq, elektron xidmətlər sahəsində əhalinin maarifləndirilməsinə töhfə vermək, həmçinin bu xidmətlərdən istifadəni daha da genişləndirməkdir. Proqram ilk dəfə cari ilin iyun ayında reallaşdırılıb və böyük marağa səbəb olub. İlk proqramın yekununda da “Mingəçevir işıqları” qaliblər arasında olub. Qəzetin əməkdaşı Fərman Nəbiyev “Nağdsız Azərbaycan”a doğru” məqaləsinə görə mükafat alıb.

 

Şərhlər bağlıdır.