Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə yaşayış binası yanıb

Mingəçevirdə yaşayış binasında yanğın olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarlnda N.Nərimanov küçəsi 40 ünvanında beşmərtəbəli binanın birinci mərtəbəsində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb.

Yanğın zamanı mənzildə olan 1952-ci il təvəllüdlü Hüseynova Sürayə Duman qızı və 1973-cü il təvəllüdlü Hüseynov Xudaverdi Tofiq oğlud tüstüdən zəhərləniblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.