Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yay səhnəsində ağrılı bayram günü-FOTOLAR

Təbii ki, böyüdüb-başa çatdırdığı oğulu, uşaqlarının atasını itirmək çox ağırdır. Övladının, ərinin Vətən yolunda şəhid getdiyini, yaralandığını qəbul edənlərin içində sağalmaz bir sızıltı var. Və bu ağrı iyunun 26-da, Silahlıı Qüvvələr Günündə mükafatların təqdim olunması zamanı çılpaqlığı ilə üzə çıxdı.

Şəhidin medalı kimə çatmalıdır: anaya, yoxsa gəlinə?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Mingəçevir şəhər şöbəsinin rəisi Sadiq Əliyev ananı sakitləşdirmək istədi

Qanuna görə, şəhid evli olubsa, onun həyat yoldaşı,  subay idisə valideynləri şəhid ailəsi hesab olunur. Amma bəzi analar bununla hesablaşmaq istəmədilər. Oğlunun medalının ona deyil, gəlininə verildiyini görən ana elə mərasim zalında özünü ələ ala bilmədi və… Ona kömək üçün təcili yardım çağırdılar.

“GÖZÜMÜZ ÜSTÜNDƏ YERİN VAR, SAMİR”

Tədbirin təşkilatçıları belə vəziyyətin yaranacağını proqnozlaşdırmadıqlarından qabaqcadan həkim briqadasının gəlişini təmin etməmişdilər. Həm də bəzi ailələrdə münaqişələr yaşandığını nəzərə almaq və onlara psixoloji yardımlar göstərmək lazımdır.

Mərasim zalından anlar

Öz ağrılarını unudan Qarabağ qazisi şəhid analarının dərdinə şərikdir

Ərindən ayrılmış qadın: ”Oğlumun medalını almağa sənin haqqın çatmır “    

Bir atanı səhnəyə çağırdılar ki, oğlunun medalını təqdim etsinlər. Bu zaman şəhidin anası da irəli çıxdı və bildirdi ki, bu medalı götürməyə keçmiş ərinin haqqı çatmır: “Dişimlə, dırnağımla bu uşağı böyütmüşəm. Ata olan adamın ondan xəbəri olmayıb. İndi nə haqla üzə çıxır? Özü də sərxoş halda?”

ƏSLƏN ŞUŞADAN OLAN ƏZƏMİ HÜSEYNOV MAYIN 8-DƏ BULAQ KİMİ ÇAĞLADI

Vəziyyəti dəyərləndirrən icra başçısı mükafatı anaya təqdim etməklə mərasim zalında konfliktin yaranmasına imkan vermədi. Lakin bu o demək deyil ki, belə ailələrin gələcəkdə münaqişələri olmayacaq. Müvafiq dövlət qurumları, eyni zamanda qeyri-hökumət təşkilatları müharibədən zərər çəkən insanlaırı məqsədyönlü proqramlara cəb etməlidirlər.

“Mingəçevirdən 1000 nəfərdən çox insan bu müharibədə iştirak edib”

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Müşfiq Mirzəyev adına “Dostluq” parkında yerləşən yay səhnəsində baş tutan tədbirdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların ailələri və qazilər,  hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov diqqətə çatdırdı ki, sonuncu Qarabağ müharibəsində təkcə Mingəçevirdən 1000 nəfərdən çox insan iştirak edib: “Ölkə rəhbərinin sərəncamları ilə şəhidlər və qazilər dövlət mükafatları ilə təltif olunub. Bu gün bir qrupa medallar təqdim olunur. Qələbənin qazanılmasında haqqı olan digər insanların da mükafatları yaxın vaxtda sahiblərinə çatdırılacaq”.

TURAL VƏ MUSA ŞƏHİD QARDAŞLARININ ANASI NƏHAYƏT HƏSƏNOVA: ”ELƏ BİLDİM OĞULLARIM GƏLİB MƏNİ TƏBRİK ETDİLƏR”

Şərhlər bağlıdır.