Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Yaşıl gələcək üçün yaşıl bacarıqlı olaq!”

289

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yaşıl gələcək üçün yaşıl bacarıqlı olaq!” adlı layihənin icrasını davam etdirir. Bununla əlaqədar Göyçay Gənclər Mərkəzində 50 nəfər gənc üçün təlim təşkil edilib. Təlimdə Göyçaylı gənclər aktiv iştirak edərək yaşıl iqtisadiyyat və yaşıl sahibkarlıq mövzularında biliklər əldə edilər. İnteraktiv müzakirələr və  qrup işləri vasitəsilə mövzu haqqında ətraflı məlumatlar alıblar.

Təlimçi Nahid Quliyev gənclərə yaşıl sahibkarlıq və yaşıl bacarıqlar haqqında təqdimatlar edib. O yaşıl və sağlam gələcək üçün gənclərin öz karyeralarını ətraf mühitə zərər gətirməyəcək peşələr üzərində qurması üçün düşünmələrinin vacib olduğunu vurğulayıb. Bu istiqamətdə müxtəlif qrup işləri və interaktiv müzakirələr təşkil edilib. Yaşıl, sağlam gələcək üçün gənclərin öz gələcək karyeralarını təmin etməsi və ətraf mühitin mühafizəsində məsuliyyət daşımasının vacib olduğu təlim iştirakçıları tərəfindən də dəstəklənib.

Qeyd edək ki, layihənin məqsədi gənclərin yaşıl bacarıq və səriştələrinin artırılmasına, ətraf mühitə təhlükə yaratmayan peşələrə yiyələnməsinə, həmçinin yaşadıqları icmalarda yaşıl sahibkarlıq fəaliyyətlərinin önə çəkilməsinə, onların bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsinə kömək etməkdir.

Şahnəzər Bəşirov

Şərhlər bağlıdır.