Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə region gənclərinin inkişafına dəstək forumu keçirilib

İyunun 2-də Mingəçevirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilib. GTM-in  Mingəçevir ofisinin direktoru Tural Kərimov orumun məqsədləri barədə ətraflı məlumat verib, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin region gənclərinə təsirindən və nəticələrindən danışıb: “Forum region gənclərinin problemlərinin araşdırılması, mövcud imkanların dəyərləndirilməsi və görülə biləcək işlərin müzakirə edilməsi baxımından əhəmiyyətlidir”

“Davos” formatında keçirilən Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli də çıxış ediblər. Onlar diqqəti region gənclərinin təşəbbüskarlığının artırılmasında, gənclər siyasətinin həyata keçirilməsində Gənclər Fondunun və yerli idarələrin rolu və imkanlarına yönəldiblər.

Tədbirdə gəncləri maraqlandıran sullar cavablandırılıb. Bir qrup fəal gəncə və Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfliyə diplom təqdim edilib.

Şərhlər bağlıdır.