Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Yaxşıların Yaxşısı” layihəsi uğurla davam etdirilir

Son vaxtlar yeni­yetmələr​ arasında psixoloji problemlərlə bağlı intihar halları xeyli artıb: “Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemləri həllini tapmadığından intihar halları artır. Həyata hazır olmayan yeniyetmə hər hansı bir problemlə qarşılaşdıqda, çətinliklə üzləşdikdə vəziyyətdən çıxış yolu tapa bilmir. Depressiyaya düşür, özünü vəziyyət qarşısında aciz, carəsiz hiss edir. Düşdüyü vəziyyətdən çıxış yolu tapa bilmədiyi üçün intihara cəhd edir”.

Məhz şagirdlərin psixoloji inkişafına xidmət edən “Yaxşıların Yaxşısı” layihəsi, Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7-ci qrant” müsabiqəsinin qalibi olmuşdur.

“Yaxşıların Yaxşısı” layihəsi çərçivəsində Psixoloq layihəyə cəlb olunan şagirdlərlə seanslar aparması ilə yanaşı, həm də, onların fərdi inkişafı ilə bağlı təlimçi tərəfindən müxtəlif diskusyalar aparılır.

Maraqlı təlimləri ilə, şagirdlərin sosial-psixoloji inkişafına xidmət edən layihə çərçivəsində, inkişafında gerilik olan şagirdlərin təhsil prosesində özünü ifadə, nitq bacarıqlarının təkmilləşdirilməsinə də xüsusi önəm verilir.

Yeniyetmələrlə keyfiyyətli vaxtın keçirilməsi istiqamətində peşəkar  təlimçi Aynur Quliyevanın ” Uğuru necə qazanaq”, “Hər şey səninlə başlayır” adlı təlimləri şagirdlər tərəfindən maraqla qarşılanıb. Onlar fərdi uğurun ictimai uğura çevrilməsi haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, sözügedən layihənin rəhbəri, Bakı şəhər Qaradağ rayon Sahil qəsəbəsində yerləşən Emin Quliyev adına 9 saylı xüsusi internat məktəbinin müəllimi Fərəcli Şölədir. Yaxşıların Yaxşısı layihəsi hal hazırda uğurla davam etdirilir.

 

 

Şərhlər bağlıdır.