Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə dindarları dini radikal təsirlərdən necə qoruyurlar?

Martın 30-da Mingəçevirdə dindarların dini-radikal təsirlərdən qorunması məqsədilə tədbir keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən maliyələşdirilən və “Mingəçevir kənd Cümə məscidi” dini icması tərəfindən həyata keçirilən tədbirdə əsasən milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyətindən   söhbət açılıb. Komitənin Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq Əfəndiyev respublikada dini maarifləndirmə sahəsində görülən işlərdən, Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev gəncləri radikal təsirlərdən qorumaq yollarından bəhs ediblər. İlahiyyatçı Müşfiq Nəcəfov, şəhər sakini Allahverdi Əliyev namazın,  əhəmiyyətindən, paklığa, dürüslüyə dəvət edən ibadətin insanların tərbiyələnməsindən rolundan danışıblar.

Şərhlər bağlıdır.