Cəmiyyət
Mingəçevirdə 31 mart Soyqrım günü qeyd edilib
Şəhər ictimaiyyəti nümayəndələri Şəhidlər Xiyabanına gəliblər. Soyqrım abidəsinin önünə çiçək dəstələri qoyulub. Şəhidlərin ruhuna dualar oxunub

Mingəçevir Şəhidlər Xiyabanında təşkil olunan anım çərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyib ki, zaman-zaman azərbaycanlılara qarşı aparılan soyqrım siyasəti xalqımızın qan yaddaşından silinməməlidir: “Bu fakt unudulmamalı, nəsildən nəsilə çatdırılmalıdır. Gələcək nəsillər kökünü, tarixini biməli, dostunu, düşmənini tanımalıdır”.
Mingəçevir Dövlət Universtietinin müəllimlərindən Nizami Süleymanov və Mayıl İsmayılov, 11 saylı məktəbin direktoru Sevil Əlişova, 12 saylı məktəbin direktoru Mirzə Cavadov Xiyabanda təşkil olunan mitinqdə çıxış ediblər. Onlar deyiblər ki. 31 mart soyqrımı erməni faşistlərinin zaman-zaman törətdikləri vəhşiliklərin davamıdır.