Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Həzrəti Məhəmməd (s) mərhəmət peyğəmbəridir” mövzusunda gənclərlə görüş keçirilib

Mingəçevir Media Mərkəzində şəhərdəki Heydər Məscidinin təşkilatçılığı ilə  Peygəmbərin mövlud həftəsi çərçivəsində “Həzrəti Məhəmməd (s) mərhəmət peyğəmbəridir” mövzusunda gənclərlə görüş keçirilib. İlahiyyatçı Pünhan  Hüseyn və Cavid Ələmdar, Mingəçevir Dövlət Universitetinin müəllimi, psixoloq  İlhamə İsmayılova,  “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev mövzu ətrafənda fikirlərini bölüşüblər.

Onlar vurğulayıblar ki, bütün peyğəmbərlərin məqsədi insanları haqq  yoluna qaytarmaq olub. Həzrəti Məhəmməd (s) isə bütün əziyyət və zülmlərə, hətta təhqirlərə dözərək, həyatını  insanlara xidmətə, ədalətin bərqərar olunmasına həsr edib. Peyğəmbər bizə vətəni, torpağı sevməyi, şəhidliyə yüksəlməyi,  anaya və qadına yüksək dəyər verməyi öyrədib.

Natiqlər Məhəmməd Peyğəmbər barədə dünyanın məşhur alimlərinin fikirlərini də çatdırıblar. Onu da vurğulayıblar ki, irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturqədəbiyyat üzrə Nobel mükafatı laureatıŞekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu. Bernard Şou sonuncu peyğəmbəri  bəşəriyyətin xilaskarı adlandırıb.

Qeyd olunub ki, bu gün bir çox ölkələrdə hələ də qara dərili insanlara qarşı ayrı-seçkilik hökm sürür, amma   Peyğəmbər öz dövründə ayrı seçkiliyə qarşı çıxırdı. O, deyirdi ki, insanın üstünlüyü  hansı irqə, millətə,  rəngə, ölkəyə məxsus olması ilə  deyil, insaniyyəti ilə, Allahdan qorxusu və onun göstərişlərinə əməl etməsi ilə ölçülür. Bir zənci ki, insan yerinə qoyulmurdu, amma qul həyatı yaşayan  Bilaş Həbəşini azad etməklə və azan verən səviyyəsinə qaldırmaqla Peyğəmbər insanlara başa saldı ki, hər kəs əməli ilə dəyərləndirilməlidir.

Bundan sonra tədbir iştirakçıları İslamın mahiyyətindən bəhs edən video filmi izləyib və şirniyyat süfrəsi arxasında  söhbətlər aparıblar.

Şərhlər bağlıdır.