Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Almaniyanın səfiri Mingəçevirdə: “Çox şad oldum ki, burada alman irsi qorunub saxlanılır”

201

Almaniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Mixael Kindsqrab  Mingəçevir şəhərində səfərdə olub.  O, öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.  Başçı  qonağı Azərbaycanın energetiklər və sənaye şəhəri olan Mingəçevirdə görməkdən məmnun olduğunu bildirib, ona şəhərin tarixi, mədəniyyəti, sənaye potensialı,  eyni zamanda inşa olunan yeni s\naye parkı və Asan Xidmət  barədə   məlumat verib.

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab qəbula görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova minnətdarlığını bildirib. Səfir vurğulayıb ki, Almaniya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Görüşdən sonra səfir şəhərlə yaxından tanış olub, Tarix Muzeyinə, Mingəçevir “SES”ə,  Sənaye Parkına, köçkün şəhərciyinə, Alman qəbirstanlığına baş çəkib: “Mən alman əsirlərinin qəbirlərini də ziyarət etdim. Çox şad oldum ki, burada alman irsi qorunub saxlanılır. Burada mən çox təsirləndim. Bu bizim birgə tariximizin bir səhifəsidir. Ola bilsin ki, bu kədərli səhifədir, amma tarixi dəyişmək olmaz”.

Gəzintidən sonra öz təəsürratlarını bölüşən səfir 2016-cı ilin avqust ayından Azərbaycanda olduğunu deyib və əlavə edib ki, gələcəkdə Almaniya şirkətləri ilə buradakı şirkətlərin  əlaqələrini yaratmağa çalışacaq.

Şərhlər bağlıdır.