Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yarımçıq binada rəsm sərgisi

185

Dekabrın 20-də Mingəçevirdə “Narkomaniya və pis vərdişlərdən uzaq olaq” şüarı altında 90-cı illərdən qalan və narkomaniya yuvasına çevrilən binada “Sağlam həyat yaşayaq” adı ilə kreativ tədbir keçirilib. YAP ŞT Gənclər Birliyinin üzvlərindən Bəxtiyar Mustafayev, Mustafa Hacıyev, həkim Eldar Mustafayev narkomaniyanın fəsadları haqqında məlumat verib, gəncləri pis vərdişlərdən uzaq olmağa səsləyiblər. Turizm Kollecinin tələbəsi Fidan Sadəddinlinin rəhbərliyi ilə 4 saylı orta məktəbin şagirdləri köhnə və yarımçıq tikilinin divarlarına çəkdikləri rəsm əsərlərini sərgiləyiblər. Təşkilatçılardan olan “İDEAL” Gənclər İctimai Birliyinin sədri Teymur Əzizov 2012-cü ilin dekabrından fəaliyyət göstərən İB-nin gələn il daha daha fərqli layihələr gerçəkləşdirmək niyyətində olduğunu deyib və fərqlənən rəssamları fəxri fərmanlarla təltif edib.

Yaqub Hüseynov

Şərhlər bağlıdır.