Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mingəçevir işıqları” GİZ-in müsabiqəsində ikinci mükafata layiq görüldü

183

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) həyata keçirdiyi “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” regional proqramı çərçivəsində azərbaycanlı jurnalistlər üçün təşkil olunan yeni məqalə müsabiqəsinə yekun vurulub. 1-ci yerə Gülər Mehdizadə (“Təhsil nazirliyinin fakültə monopoliyası”, “Bizim yol” qəzeti, 04.10.2013), 2-ci yerə Fərman Nəbiyev (“Kredit bataqlığı”, “Mingəçevir işıqları” qəzeti, 14.10.2013) və 3-cü yerə:Xalid Vahidoğlu (“Təhsilimizin qiymət problemi”, “Üç nöqtə” qəzeti 19.10.2013) layiq görülüblər. Qaliblərə mükafatlar Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirinin müavini, cənab Volfqanq Mössinqerin iştirakı ilə bu gün təqdim olunub.

GİZ-in nümayəndəsi Şakir Səfərbəyovun dediyinə görə, əvvəl GİZ yerli bir ekspertin iştirakı ilə “Azərbaycanda ali təhsil: qanunvericilik və onun tətbiqi praktikası” sahəsində öz biliklərini artırmaq və bununla da, yazdıqları məqalələrin keyfiyyətini təkmilləşdirmək istəyən jurnalistər üçün ənənəvi seminar təşkil edib: “Müsabiqədə ölkənin müxtəlif çap və internet qəzetlərini təmsil edən 18 jurnalist iştirak edib. Onların hazırladıqları məqalələr 15 sentyabr – 31 oktyabr 2013-cü il tarixləri ərzində çap olunub. Müsabiqəyə təqdim edilmiş həmin məqalələrdə əsas diqqət təhsil haqları, təhsil krediti, özəl ali məktəblərdə müəyyən fakültələrə tələbə qəbulunun olmaması və ali təhsilin keyfiyyəti kimi mövzulara yönəldilib. Müsabiqəyə təqdim olunmuş məqalələri müxtəlif qurumların əməkdaşlarından müstəqil münsiflər heyəti dəyərləndirib”..

Şərhlər bağlıdır.