“Yarat… İnkişaf Et və Töhfə ver” layihəsi uğurla başa çatdı
Fevralın 22-də “Yarat…Inkişaf et və Töhfə ver” layihəsinin nəticələrinə dair İctimai təqdimat keçirilib. Məqsəd region gənclərinin, xüsusilə də qızların şəxsi inkişafına imkanlar yaratmaq, incəsənət alətlərindən istifadə etməklə yerli təşəbbüslər həyata keçirərək icma inkişafında fəal iştirakçılığı təmin etmək, onlara yeni perspektivlər açmaqdır. Layihə Avropa Ittifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilib.
Layihəyə Azərbaycanın 6 bölgəsindən – Binəqədi və Xəzər rayonları, Mingəçevir, Şəmkir, Biləsuvar və Qazaxdan olan 150 gənc (120 iştirakçı və 30 mentor) cəlb olunub. İştirakçılar gender bərabərliyi, ətraf mühitin qorunması, inkluziya, gənclərin asudə vaxtının təşkili, təhsil, oxu vərdişlərinin artırılması, sağlamlıq üçün idman və digər mövzularda 31 yerli təşəbbüsü həyata keçiriblər. Bu təşəbbüslərdən qeyd edilən regionların 1500-dən artıq gənci birbaşa, 4000-dən çoxu isə dolayısı yolla faydalanıb.
İctimai təqdimat zamanı qonaqlar Azərbaycan Hökuməti ilə başlanan bu təşəbbüsün uğurlu nəticələrini qeyd edərək, gələcəkdə bu istiqamətdə layihələrin davam etdirilməsini zəruri hesab ediblər. 6 regiondan olan iştirakçılar təşəbbüs layihələrini müxtəlif incəsənət vasitələrindən istifadə etməklə izləyicilərin diqqətinə çatdırblar.
Şərhlər bağlıdır.