Veteran futbolçular arasında mini-futbol üzrə şəhər çempionatı başa çatıb
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq Yaşar Məmmədzadə adına şəhər stadionunda veteran futbolçular arasında mini-futbol üzrə şəhər çempionatı keçirilib. Çempionatda dörd komanda İsveçrə sistemi üzrə mübarizə aparıb. Çempionatın final mərhələsində “İşıqlı gələcək” komandası ilə “Referi” komandası görüşüb.
Gərgin mübarizə şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qalib müəyyən olunmadığı üçün cərimə zərbələrindən istifadə olunub. Nəticədə “İşıqlı gələcək” 2:1 hesabı ilə qalib gəlib. Sonrakı yerlərə Referi-II və Mingəçevir Dövlət Universiteti-III komandaları sahib olublar. Qaliblərə Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin kubok və fəxri fərmanları verilib.
Mahir Əliyev,
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin İdman sahəsi üzrə baş məsləhətçisi
Şərhlər bağlıdır.