Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MnSK-ların referenduma hazırlığı üçün

Sentyabrın 6-dan 8-dək  47 saylı Mingəçevir seçki dairəsində məntəqə seçki komissiyalarının üzvləri üçün referenduma hazırlıq məqsədilə treninqlər keçirilib. 47 saylı DSK-nın sədri Oqtay Məmmədovun dediyinə  görə, treninqlər 3 gün davam edib: “Hər gün 10 məntəqənin  komissiya üzvləri təlimlərə qatılıblar. Məqsəd onların yaddaşını yeniləmək, komissiyalara Seçki Məcəlləsinə uyğun olaraq seçki günü işlərini necə qurmağı başa salmaqdır”.

47 saylı DSK-nın üzvü Nübah Mehdiyev  komissiya sədrlərinin hüquq və vəzifələri, səsvermə otaqlarının hazırlanması, seçicilərin şəxsiyyətlərini təsdiq edən müvafiq sənədlərin yoxlanılması, MnSk-nın səsvermə qutusunun mühafizəsi, səsvermə günü səsvermə məntəqəsində kimlərin ola biləcəyi, müşahidəçilərin hüquq və vəzifələri, seçki prosesində müstəsna hallar  barədə danışıb.

Təlim iştirakçılarına yaddaş kitabçaları paylanılır.

Şərhlər bağlıdır.