Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vəsilə Möhsümova: “ Mingəçevir şəhər mədəniyyət işçilərinin yüksək potensialı var”

Mayın 16-da baş tutan görüşdə regionda mədəni səviyyənin yüksəldilməsi və dövlət mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi, mədəniyyət sahəsinin təkmilləşdirilməsi ilə bağlı layihələrin icra olunması, şəhər icra hakimiyyəti  və beynəlxalq təşkilatlarla sıx əlaqələrin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Regional idarənin rəisi Vəsilə Möhsümova bildirib ki, Mingəçevir şəhər mədəniyyət işçilərinin yüksək potensialı var. Mədəniyyət müəssisələrində müxtəlif mövzularda bir neçə layihələr həyata keçirilib. Mədəniyyət işçiləri şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlayır, mütəmadi olaraq onlarla görüşlər keçirir:  “Bu ənənə davamlı olaraq həyata keçiriləcək”.

Vəsilə Mohsümova onu da deyib ki, regionun mədəniyyət sahəsində müxtəlif  layihələr həyata keçirmək, əhaliyə göstərilən mədəni xidmət səviyyəsini yüksəltmək kimi görüləcək işlər regional idarənin qarşısında duran əsas hədəflərdəndir:  “Regionda mədəniyyət siyasətinin uğurla  həyata keçirilməsində regional idarənin üzərinə böyük vəzifələr düşür. Bundan sonra da çalışacağıq ki,  bu vəzifələri layiqincə yerinə yetirək”.

Şərhlər bağlıdır.