Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Bugün mənim günüm deyil… İkinci yer mənim üçün məğlubiyyətdir”

201

-Yarış necə keçdi?

-Mənim üçün o qədər də uğurlu olmadı. Hər bir idmançı qızıl medal üçün cəhd edir.Bugün belə alındı ki, mən uduzdum. 200 m çox az məsafədir. Burda fortuna da önəmlidir. Mənim bəxtim gətirmədi. Qarşıda Dünya çempionatı var. Gələn il çox ağır olacaq. Hələ vaxtım var. Bu məni sakitləşdirən yeganə amildir. Öz səhvlərimi və nəyin üzərində işləyəcəyimi bilirəm. Lazımı idman nəticəsi göstərmək üçün daha çox məşq etməliyəm.

-Sizə qalib olmaqda nə mane oldu?

-Nəyinsə mane olduğunu deyə bilmərəm. Elə hallar olur ki, ilk saniyələrdən başa düşürsən ki, hər şey qaydasında gedir. Amma bu dəfə düşündüyüm kimi olmadı. Sadəcə bütün məsafəni özümü ağir hiss edirdim. Bu barədə nəsə deməyə çətinlik çəkirəm. Görünür, bugün mənim günüm deyildi.

-Yenə də bəxtiniz gətirdi.

-Yox, deməzdim. İkinci yer mənim üçün məğlubiyyətdir.

-Avqustda keçiriləcək Dünya Çempionatı haqda fikirləriniz maraqlı olardı.

-Hamı ora can atır. Orda çox güclü rəqabət olacaq. Məşq edəcəyik, hazırlaşacağıq və yaxşıya inanacağıq.

Şərhlər bağlıdır.