“Uşaq zorakılığına sən də YOX de!”
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Uşaq zorakılığına sən də YOX de!” adlı layihə çəçivəsində tədbir keçirib.
Tədbirdə əsasən şagirdlər, İH, şəhər Polis Şöbəsi və bir sıra təşkilatlardan nümayəndələr iştirak ediblər.
Birliyin və layihənin rəhbəri Nailə İsmayılova deyib ki, ölkədə uşaq hüquqlarını müdafiə edən qanunlar və Azərbaycanın qoşulduğu konvensiyalar bu sahədə yetərli hüquqi baza yaradıb. Lakin son 2 ildə 200 nəfərə yaxın uşaq şiddətli zorakılığa məruz qalıb: “Bu zorakılıqların aradan qaldırılması üçün cəmiyyətdə hər bir şagirdin öz hüquq və vəzifələrini bilməsi vacibdir”. Mingəçevir İcra Hakimyyətinin məsul işçilərindən Tofiq Əsgərov belə tədbirlərin əhəmiyyətindən, Kamran Məhərrəmov isə evdə, məktəbdə, ictimai yerlərdə uşaq hüquqlarının pozulmasından, bəzən azyaşlıların istismara, məcburi əməyə cəlb olunmalarından, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin baş tərbiyəçi müəllimi Günel Həsənova 14 Mənzil İstismar Sahəsində tərbiyəçi müəllimələrin fəaliyyət göstərdiyindən, lakin ailələrin bu işə barmaqarası baxmasından, Mingəçevir Şəhər Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin inspektoru, polis baş leytenantı Rəşad Məmmədov uşaq zorakılığının mahiyyətindən, bugün internetdə şagirdlərin psixologiyasına mənfi təsir edən informasiyaların çoxalmasından danışıblar. Şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin inspektoru, polis leytenantı Rövşən İsmayılov deyib ki, reyd zamanı 2 azyaşlının əmək, 15 şagirdin təhsil hüququnun pozulduğu aşkara çıxıb: “Onlarn hamısısnın təhsil hüququ bərpa edilib”.
Gənc yazar Qurbanəli Yusibov şagirdlərə bir neçə sual ünvanlayıb: “Valideynlər yeni evə köçmək istəyəndə sizinlə məsləhətləşirlərmi? Öz hüquqlarınızı bilirsinizmi? Heç indiyə kimi hər hansı bir zorakılığa məruz qalmısınızmı?”
Bir neçə uşaq sualları cavablandırıb.
Babək Alıyev
Şərhlər bağlıdır.