Cəmiyyət

Mingəçevirdə “Yəhova şahidləri”nin 22 üzvü saxlanılıb

22 nəfər saxlanılıb, təbliği və yayılması qanunla qadağan olunan 13 ədəd dini kitab aşkar edilərək götürülüb

Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Asif Bəkirova məxsus evdə “Yəhova şahidləri” dini təriqətinin təbliğ edilməsi müəyyən edilib.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, evə baxış zamanı 22 nəfər saxlanılıb, təbliği və yayılması qanunla qadağan olunan 13 ədəd dini kitab aşkar edilərək götürülüb.
Onlardan A.Bəkirov, oğlu Elçin və Beyləqan rayon sakini Rza Babayev şəhər Polis Şöbəsinə gətirilib, izahatları alındıqdan sonra buraxılıblar.

Daha çox

Oxşar yazılar

Close